Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.
KONKRET.az xəbər verir ki, bu haqda Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.
“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar səfirlik İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, – məlumatda qeyd olunub.//Qafqazinfo