Hindistan Rusiyanın Odessa yaxınlığında MV Golden Leo yük gəmisinə endirdiyi zərbə nəticəsində dörd Hindistan vətəndaşının həlak olmasından sonra Moskvaya etiraz notası göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb. Qurumun yaydığı informasiyada daha sonra deyilir:
“Azərbaycan isə Nikolayev vilayətində SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə edilən hücumla bağlı araşdırma aparılmasını tələb edib.
Botsvana isə öz vətəndaşlarının Rusiya tərəfində müharibəyə cəlb edilməsi üçün aldadılaraq verbovka hallarının artdığını bəyan edib”.
Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, bu hadisələr əvvəllər Rusiyanın tərəfdaşı sayılan dövlətlərin belə tədricən Moskvaya dəstəyini itirdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az
