Rusiya nümayəndə heyəti iyunun 2-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak məqsədilə artıq İstanbula çatıb. Məlumatı TASS agentliyi yayıb.
KONKRET.az xəbər verir ki, bir neçə saat əvvəl heyətin Türkiyəyə yola düşdüyü açıqlanmışdı. Rusiya heyətinə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edəcək. “Obşchestvennoye. Novosti” nəşrinin məlumatına görə, Kiyev bu görüşə xüsusi bir memorandumla qatılır. Sənəddə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılması təklifi öz əksini tapıb. Belə ki, “Bəzi məhdudiyyətlər Rusiyadan götürülə bilər, lakin bu proses yalnız tədricən və şərtli şəkildə aparılmalıdır”, – deyə memorandumda qeyd olunub.
Natiq Səlim,
KONKRET.az