Rusiya ordusu Donetsk vilayətində qəsəbəni “Smerç” raketləri ilə vurub, ölənlər varbackend

Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çerkasske qəsəbəsinə zərbələri nəticəsində 13 yaşlı qız da daxil olmaqla 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu bu gün səhər saatlarında qəsəbəni “Smerç” reaktiv yaylım atəşli sistemindən kaset döyüş başlığı ilə atəşə tutub. Mərmilərdən biri fərdi yaşayış evinə düşüb.

Filaşkin hücum nəticəsində bütöv bir ailənin həyatını itirdiyini bildirib.

O, yaşayış məntəqəsinə kaset sursatlarından istifadə edilməsini mülki əhali arasında mümkün qədər çox itkiyə səbəb olmaq cəhdi kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*