Rusiya ordusu Odessa–Dnepr qatarına dronla zərbə endirdi: iki maşinist həlak oldu – VİDEObackend

Rusiya ordusu Odessa–Dnepr qatarına dronla zərbə endirdi: iki maşinist həlak oldu - VİDEO

Rusiya qüvvələri Odessa–Dnepr marşrutu üzrə hərəkət edən sərnişin qatarının lokomotivinə dronla zərbə endirib. Hadisə nəticəsində iki maşinist həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrayna Dəmir Yolları” məlumat yayıb. Bildirilib ki, zərbə reaktiv dronla həyata keçirilib.

Məlumata görə, hücum zamanı qatar sərnişinlərin təhlükəsiz şəkildə düşməsi və hava hücumu siqnalı müddətində təxliyə olunması üçün stansiyaya daxil olurmuş.

Qatarda olan 340 sərnişin və qatar heyətinin üzvləri xilas edilib. İnsanlar təhlükəsiz əraziyə təxliyə olunub. Sərnişinlərin Odessa şəhərinə çatdırılması üçün əlavə olaraq avtobuslar təşkil edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*