Rusiya ordusu Ukraynanı bombaladıbackend

Rusiya ordusu Ukraynanı bombaladı

Yanvarın 15-də səhər saatlarında Rusiya ordusu Ukraynaya qarşı növbəti kütləvi raket hücumu həyata keçirib.

KONKRET.az xəbər verir ki, bütün ölkə ərazisində hava həyəcanı elan edilib. Ən azı altı bölgədə elektrik enerjisi kəsilib. Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq qruplarının məlumatına görə, raketlər yeddi “TU-22M3” bombardmançı və altı “TU-95ms” strateji bombardmançı təyyarədən, həmçinin “Kinjal” aeroballistik raketlərini daşıyan “MİQ-31”-dən atılıb. Krivoy Roq, Lvov, İvanovo-Frankivsk, Xmelnitski, Vinnitsa və Çerkassı vilayətlərində partlayışlar  qeydə alınıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*