Ukrayna ordusunun dron zərbələri nəticəsində dağılmış və ya istehsal zənciri qırılmış neft emalı zavodlarının tələbatı ödəyə bilməməsinə görə ziyana düşən Rusiya şirkətləri (“Lukoyl”, “Rosneft”, “Qazpromneft”) xaricdə benzin axtarmağa məcbur olublar.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, yanacaq təchizatında növbəti fasilələr və qıtlıqların baş verəcəyini gözləyən şirkətlər Hindistandan dizel yanacağı almağı planlaşdırırlar.
“Röyters” agentliyinin istinad etdiyi mənbəyə görə, Rusiya neft emalı gücünün təxminən 40%-i ən azı iki ay ərzində istifadəsiz qala bilər.
Hazırda Rusiyaya 42.000 ton benzin göndərilir. Yanacaq Hindistanın “Nayara Energy” şirkəti tərəfindən istehsal edilib.
Üç dövlətə məxsus Hindistan neft emalı zavodu Rusiya şirkətlərindən sorğular aldığını təsdiqləyib. Lakin müəssisənin ixrac üçün artıq yanacağı yoxdur.
“Nayara Energy” Rusiya şirkətlərinə benzin satmadığını bildirərək, qeyd edib ki, şirkətin bu cür tədarükləri ixrac etmək planı da yoxdur.
