Rusiya təyyarəsi Bakıda məcburi eniş etdibackend

Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi

“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Bu barədə KONKRET.az-a Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

“Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*