Kreml, Rusiya ilə Ukrayna arasında növbəti sülh danışıqlarının 2025-ci il iyunun 2-də İstanbulda baş tutacağını təsdiqləyib. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyəti görüşdə iştirak etməyə tam hazırdır.
KONKRET.az xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzularından birinin atəşkəs şərtləri olacağı gözlənilir. Rusiya tərəfi 2022-ci ilin mart ayında İstanbulda əldə olunan razılaşmaları yeni danışıqlar üçün əsas baza kimi qəbul edir. Prezident Vladimir Putin də həmin sənədlərin müzakirələrin başlanğıc nöqtəsi ola biləcəyini bəyan edib.
Aynurə İsmayıl
KONKRET.az