Belarus KQB-nin rəhbəri İvan Tertel Rusiya və Ukrayna arasında sülhün əldə olunması istiqamətində Minsk-in vasitəçi kimi çıxış edə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, BelTA agentliyinin məlumatına görə, Tertel bəyan edib: “Belarusun və prezidentimizin mövqeyi ondan ibarətdir ki, biz bu məsələdə öz töhfəmizi verə bilərik. Biz həm Rusiya, həm də Ukrayna tərəfini anlayan ölkəyik. Belə mürəkkəb vəziyyətdə konsensus tapmaq imkanımız var”.
KQB rəhbəri əlavə edib ki, hazırda münaqişənin həlli üçün digər real variantlar görünmür.
Müşviq Tofiqoğlu
KONKRET.az
