Rusiya-Ukrayna müharibəsində YENİ MƏQAMLAR: “Bu, Zelenskini güzəştə getməyə məcbur qoyacaq”backend

Rusiya-Ukrayna müharibəsində YENİ MƏQAMLAR: "Bu, Zelenskini güzəştə getməyə məcbur qoyacaq"

Üç il əvvəl Rusiyanın Ukraynaya hücumu başlayanda Kiyevin yanında dayanan ölkələrdən birincisi ABŞ oldu. Ukraynaya hər cür dəstək verən Amerika Kiyevin müharibədə dönüş yaratması üçün əlindən gələni əsirgəməsə də, buna nail ola bilmədi. Nəticədə ABŞ-da seçkilərdə uduzan Bayden yerini Donald Trampa verdi. İkinci isə hakimiyyətə yeni planlarla qədəm qoydu və ilk işi Ukrayna ilə haqq-hesab çürütmək oldu. Bütün proqnozların əksinə hərəkət edən Trampın Ukrayna siyasəti dünyanı şəka saldı. Prezident Zelenskinin legitimliyini şübhə altına alan Donald Tramp Kiyevə şantaj yolunu tutdu. Ukrayna ərazisindəki minerallar hesabına borcu kompensasiya etməyi hesablayan Tramp bununla Kiyevi çətin vəziyyətə saldı.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, bununla bağlı qarşılıqlı bəyanatlar artıq səsləndirilib:

Politoloq : Qoşulmama Hərəkatı dövlətlərarası əməkdaşlığın təşviqi üçün mühüm platformadır - AZƏRTAC

“Bu həm də ikitərəfli güzəşt kimi də xarakterizə edilə bilər. Çünki Tramp administrasiyası Zelenskinin hakimiyyətinin legitimliyini sual altına alıb və onunla masa arxasında hər hansı müzakirələrin aparılmayacağını bildirib. Qarşılıqlı olaraq Ukrayna tərəfi ABŞ-ın atəşkəslə bağlı tələblərini qəbul etməyəcəyini bildirib. Belə bir razılaşmanın əldə olunması bir daha göstərir ki, qarşılıqlı atəşkəs şərtləri ilə bağlı güzəştlər var. Eyni zamanda üç illik müharibə dövründə ABŞ-ın Ukraynaya yönləndirdiyi maliyyə yardımının geri qaytarılması ilə bağlı tələbləri ola bilər ki, bu da Zelenski hakimiyyətini qismən güzəştə getməyə məcbur qoyacaq. 500 milyard dollarlıq borc sadəcə ABŞ tərəfindən iddia edilən rəqəmdir. Ukrayna bununla bağlı hansı istiqamətdə dəyərləndirmə edəcək, yaxud bu rəqəmlə razılaşacaqmı? Bütün bunlar təbii ki, gələcəyin müzakirə olunacaq əsas istiqamətləridir. Amma indiki məqamda ABŞ-ın Ukraynaya verdiyi maliyyə dəstəyi var. Bu maliyyə dəstəyinin geri qaytarılması ilə bağlı Ukraynaya qarşı təzyiqlərin olması belə bir razılaşmaya gətirib çıxara bilər. Amerika tərəfinin isə əsas güzəşti dasnışıqlar masasında Zelenski hakimiyyətinin təmsil olunması ilə bağlıdır. Bu da Ukraynanın mövcud şəraitdə öz maraqlarının qorunması üçün labüd şərtlərdən biridir. Bu saziş əslində atəşkəslə bağlı müəyyən mənada ilkin razılıq əlaməti olaraq da ifadə edilə bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*