Rusiya müharibənin 1336-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 91 466 PUA-sı, 633 zenit-raket kompleksi, 25 602 tank və digər zirehli texnikası, 1 605 reaktiv yaylım atəş sistemi, 30 683 artilleriya və minaatanı, 44 481 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.