Rusiya Ukraynaya qarşı 10 min “Dan-T” raketi istehsal edəcəkbackend

Rusiya Ukraynaya qarşı 10 min "Dan-T" raketi istehsal edəcək

Rusiya 2027-ci ildə Ukraynaya zərbələr endirmək üçün təxminən 10 min ədəd yeni “Dan-T” raketi istehsal etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı veteran və analitik kriegsforscher məlumat yayıb.

Bildirilir ki, “Dan-T” nisbətən ucuz, yüksək dəqiqliyə malik sursatdır. Onun uçuş məsafəsi 500 km-ə qədər, döyüş başlığının çəkisi isə 135 kq təşkil edir. Güman edilir ki, bu raketlər yerüstü və hava platformalarından, həmçinin gəmilərdən buraxıla biləcək.

Analitikin məlumatına görə, gələcəkdə Rusiya “Banderol” raketlərindən imtina edərək “Dan-T” raketlərinə üstünlük verə bilər, çünki yeni raket təxminən 35% daha ucuz başa gəlir.

Məhz kütləvilik və aşağı qiymət bu raketləri Ukrayna hava hücumundan müdafiə (HHM) sistemləri üçün ciddi problemə çevirə bilər. Analitik qeyd edir ki, əgər Rusiya bu planı həyata keçirərsə, növbəti ildə Ukrayna HHM sistemlərinin minlərlə ucuz hədəflə üz-üzə qalması və basqına məruz qalması təhlükəsi yaranacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*