Rusiyada 4,9 maqnitudalı zəlzələ oldubackend

Rusiyada 4,9 maqnitudalı zəlzələ oldu

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin məlumatına əsasən, zəlzələ Qrinviç vaxtı ilə saat 00:47-də qeydə alınıb.

Yeraltı təkanlar Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*