Törətdiyi qəza zamanı avtomobilindən meyit tapılan şəxsin “adamyeyən” olduğu üzə çıxıb.
KONKRET.az xəbər verir ki, bir neçə gün qabaq 50 yaşlı Sankt-Peterburq sakinini qətlə yetirdiyinə görə saxlanılan Yeqor Komarovun istintaqı zamanı bəzi ilginc məqamlar üzə çıxıb.
23 yaşlı cinayətkar çoxdan insan ətini dadmaq istədiyini və bir il əvvəl bu ideyanı həyata keçirdiyini etiraf edib. O, Sosnovka parkında yoldan keçən şəxsi öldürüb, sonra isə bədəninin bir hissəsini – dilini kəsərək bişirib yeyib. Dadı xoşuna gəlmədiyi üçün meyiti meşədə basdırmaq qərarına gəlib. Yolda qəza törədib və qaçmaq istəyərkən tutulub.
Məlum olub ki, öldürdüyü şəxs 50 yaşlı İrəvan ermənisidir.
Daha əvvəllər törətdiyi cinayətin də üstü açılıb. 38 yaşlı birja dəllalının cəsədi 2020-ci ilin sentyabrında parkda qarın, boyun və qol nahiyəsində çoxsaylı bıçaq xəsarətləri olan drenaj borusunda tapılıb.
KONKRET.az