Rusiyada DƏHŞƏT: Vağzalda insanlara ATƏŞ AÇILDI – Yaralılar var (FOTOLAR, VİDEO)backend

Rusiyada DƏHŞƏT: Vağzalda insanlara ATƏŞ AÇILDI – Yaralılar var (FOTOLAR, VİDEO)

Voro­ne­j vilayətində atışma: Rossoş vağzalında naməlum şəxs insanlara atəş açdı, yaralananlar var

Rusiyanın Voronej vilayətində yerləşən Rossosh şəhərinin dəmiryolu vağzalında naməlum şəxs bir neçə nəfərə atəş açıb. Hadisə bu gün yerli vaxtla saat 17:15 radələrində baş verib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Görənlərin sözlərinə görə, qara geyimli kişi əvvəlcə əlində pivə şüşəsi ilə perronda dayanıb, daha sonra qəfildən tapança çıxararaq ətrafdakı insanlara bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.

Atışma nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri barədə məlumat verilməyib.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin axtarışını bütün Voronej vilayəti üzrə davam etdirir. İlkin məlumatlara görə, şübhəli şəxsin 38 yaşı var.

Hadisə yerində istintaq tədbirləri aparılır, hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*