Rusiyada kriminal avtoritetlər arasında atışma – Həsənov döyüldübackend

Rusiyada kriminal avtoritetlər arasında atışma - Həsənov döyüldü

Yekaterinburqda kriminal avtoritetlərin görüşü (“sxodka”) atışma ilə bitib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 25-nə keçən gecə, “Kaspi” kafesinin yaxınlığında baş verib. Atışmanın təfərrüatını insidentin iştirakçılarından biri danışıb. Onun sözlərinə görə, gecə yarısı baş verən atışmanın iştirakçılarından biri kriminal avtoritet Marsel Həsənov olub. Görüşə gələnlərin Həsənovla bağlı çoxlu şikayətləri yaranıb. Onu döyməyə başlayıblar və Marsel adamlarını qoyaraq avtomobilinə atılıb və qaçıb. Onun maşını tapança və avtomatlardan atəşə tutulsa da, Həsənov qaçmağı bacarıb. Bildirilir ki, insident çeçenlər və dağıstanlılar arasında yaşanıb.

Mübahisə pullu dayanacaqla bağlı məsələ üstündə başlanıb.

Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix baş verənləri təsdiqləyib. O bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

Qorelixin sözlərinə görə, münaqişə pullu dayanacaq üstündə deyil, tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlı yaranıb. Hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib.

Məlumata görə, Marsel Həsənov Çelyabinsk vilayətinə “baxmağa” təyin edilmiş,  Yekaterinburqda maraqları olan məşhur çeçen “qanuni oğru” Əhməd Şalinskinin əlaqələndiricisi hesab olunur. İlk dəfə Marseli yayda döyməyə çalışsalar da, polisin müdaxiləsi ilə qurtula bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*