Rusiyada qətl hadisəsi törədilib.
KONKRET.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Soçi şəhərində baş verib.
Belə ki, Soçi şəhərinin çimərlik şəhərciyi olan Adlerdə üç icra məmuru 61 yaşlı Koçiyan Vartanın yanına gəlib və icazəsiz tikilmiş binanın sökülməsi qərarını ona təqdim etməyə çalışıblar.
Vartan məhkəmə icraçıları ilə danışmaqdan imtina edib, qanunsuz saxladığı silahını götürüb və atəş açmağa başlayıb.
Məhkəmə icraçıları Andranik Matevosyan və Albert Lagozyan (35 və 36 yaş) yerindəcə ölüb, üçüncü icra məmuru qaçıb.
Bundan sonra qatil gizlənməyə çalışıb, daha sonra polisə təslim olub. Silah qeydə alınmayıb. Tikinti ilə bağlı Koçiyanın 200 min rubl borcu olduğu deyilir.
Qatil həbs olunub.
Hadisə yerindən videonu təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az