Rusiya Silahlı Qüvvələrinin endirdiyi FAB-3000 aviasiya bombası zərbəsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Ptah Madyar” kimi tanınan 414-cü briqadasının çöl qərargahı tamamilə dağıdılıb.
KONKRET.az xəbər verir ki, Xerson vilayətinin cənubunda, Karabelov kəndi yaxınlığında yerləşən bu baza Rostov vilayətindən Krıma gedən “Novorossiya” marşrutu üzrə hərəkət edən nəqliyyata, xüsusilə yanacaq daşıyan maşınlara hücumların koordinasiya edildiyi mərkəz olub.
Musavat.com xəbər verir ki, hücum nəticəsində təxminən 60-a yaxın Ukrayna hərbçisinin həlak olduğu bildirilir. Qeyd edək ki, briqada komandiri Robert Brovdi (“Madyar”) bir müddət əvvəl Krımı quru yolu ilə təchizatdan məhrum etmək niyyətində olduğunu bəyan etmişdi.
Bu zərbə Rusiyanın Ukraynanın yanacaq infrastrukturuna qarşı başladığı genişmiqyaslı hücumların bir hissəsi kimi qiymətləndirilir. Daha əvvəlki əməliyyatlar nəticəsində 150-dən çox yanacaqdoldurma məntəqəsi və 100-ə yaxın yanacaq daşıyan maşın məhv edilib.
Natiq Səlim,
KONRKET.az
