Rusiyalı hərbi ekspert “Aeroflot” reysində üzərində Bakı görüntülü şokoladdan danışdı – FOTObackend

Rusiyalı hərbi ekspert “Aeroflot” reysində üzərində Bakı görüntülü şokoladdan danışdı - FOTO

Rusiyalı hərbi ekspert İqor Korotçenko xidməti səfərə “Aeroflot” aviaşirkətinin reysi ilə yollandığını bildirib.

KONKRET.az xəbər verir ki, o, Telegram kanalında səfəri zamanı baş verən maraqlı bir detalı da paylaşıb. Onun sözlərinə görə, stüardessa sərnişinlərə qəhvə ilə birlikdə üzərində Bakının müasir memarlıq nümunələrinin təsvirləri olan şokoladlar təqdim edib.

Ekspert qeyd edib ki, sözügedən reys Azərbaycana uçuş olmayıb.

“Burada desert olaraq stüardessa əla qəhvənin yanında bizə müasir Bakı memarlığının şah əsərlərinin görüntüləri olan şokoladlar gətirdi — halbuki reys Azərbaycana deyil”, – Korotçenko yazıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*