Rusiyalıların əsas sponsoru HƏRƏKƏTƏ KEÇDİ: Putinlə birgə gizli plan hazırlanırbackend

Rusiyalıların əsas sponsoru HƏRƏKƏTƏ KEÇDİ: Putinlə birgə gizli plan hazırlanır

Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Moldovada axtarışda olan və rusiyayönlü qüvvələrin əsas sponsoru sayılan oliqarx İlan Şorla görüşüb.

KONKRET.az xəbər verir ki, Şor açıq şəkildə bildirib ki, onun siyasi blokunun əsas məqsədi prezident Maya Sandunu devirmək və ölkəni Avropa kursundan çıxarıb Rusiya ilə müttəfiqlik yoluna qaytarmaqdır.

Kişinyovdan verilən reaksiyalarda bu görüş Kremlin Moldovanın daxili işlərinə birbaşa müdaxiləsi kimi qiymətləndirilib.

Parlament spikeri İqor Qrosu bildirib ki, Şor ölkədə sabitliyi pozmaq və seçicilərə rüşvət verməkdə Putinə hesabat verir. Hakimiyyət isə rusiyayönlü qüvvələrin seçkilər vasitəsilə hakimiyyəti ələ keçirmək cəhdlərinin uğursuz olacağına əmindir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*