Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri Rusiyanın 6 ədəd Su-34M qırıcı-bombardmançısını məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.
Məlumata görə, oktyabrın 15-də Ukrayna Hərbi Dəniz Qüvvələri “Neptun” sahil raket kompleksi vasitəsilə Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna zərbə endirib:
“Zərbə nəticəsində altı ədəd Su-34M bombardmançı təyyarəsi vurulub. Həmçinin aviasiya təminat vasitələri məhv edilib, aerodromda isə partlayışlar və yanğın qeydə alınıb”.
