Rusiyanın daha bir şəhərində meymunçiçəyinə yoluxma qeydə alındıbackend

Rusiyanın daha bir şəhərində meymunçiçəyinə yoluxma qeydə alındı

Sankt-Peterburqda meymunçiçəyi virusuna yoluxan dörd nəfər xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, tibb işçiləri dörd xəstəni Krasnoqvardeyski rayonundakı mənzildən çıxarıblar. Test nəticələri infeksiyanı təsdiqləyib və dörd nəfərin hamısı Botkin Xəstəxanasına yerləşdirilib.

Hər dörd xəstənin əvvəlcə infeksiya mənbəyi ilə təmasda olduğu düşünülür. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Xəstələrdə yüksək hərarət və şişmiş limfa düyünləri müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*