Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Kursk vilayətinin Tetkino kəndində Rusiya hərbi mövqelərinə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi rus hərbçilərin baza kimi istifadə etdikləri keçmiş şəkər zavodunun binası olub.
Zərbənin AASM HAMMER aviabombası vasitəsilə endirildiyi bildirilir.
