Ukrayna müharibənin 1640-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 474 030 hərbçi, 12 286 ədəd tank, 25 170 ədəd zirehli döyüş maşını, 48 318 ədəd artilleriya sistemi, 2 052 (reaktiv yaylım atəş sistemi), 1 581 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2 333 ədəd yerüstü robot-texnika kompleksi, 472 849 ədəd PUA, 137 369 ədəd avtomobil texnikası, 5 049 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 559 xüsusi avadanlıq itirib.
