Rusiyanın Ukraynada istifadə etdiyi dronların sayı gündən-günə azalırbackend

Rusiyanın Ukraynada istifadə etdiyi dronların sayı gündən-günə azalır

Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə edə biləcəyi kamikadze dronların sayı aydan aya dəyişə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin “X” sosial hesabında məlumat verilib. Məlumatda bildirilir ki, Rusiya 2024-cü ilin dekabrında Ukrayna üzərində 1700-ə yaxın müxtəlif növ kamikadze PUA-dan istifadə edib. Beləliklə, 2024-cü ilin aprel ayından bəri azalma qeydə alınıb: “Ehtimal ki, hava faktorları ayın əvvəlində əməliyyatlara təsir göstərib”. Ukrayna Hərbi Hava Qüvvələrindən  bildirilib ki, Rusiya pilotsuz təyyarələrinin 53%-i vurulub, qalanları isə elektron vasitələrlə  zərərsizləşdirilib və ya ciddi təhlükə yaratmadan kursdan çıxıblar.Britaniya kəşfiyyatına görə, müxtəlif amillər aylıq buraxılış sürətlərinə ya yuxarı, həm də aşağı təsir göstərə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*