Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaqbackend

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu

Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*