Sabiq baş redaktor bu maddələrlə ittiham olunurbackend

Sabiq baş redaktor bu maddələrlə ittiham olunur

Baş Prokurorluq “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov barədə açıqlama yayıb.

Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*