Sabiq məhkumdan 11 kq narkotik götürüldübackend

Sabiq məhkumdan 11 kq narkotik götürüldü

Goranboyda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

KONKRET.az-a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunanlar- S.Məmmədov və M.Namazov Goranboy rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı S.Məmmədovdan 1,2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Namazovun evindən isə 10 kiloqram 350 qram marixuana götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*