Sabiq prezidentin arvadına siyasi sığınacaq verildibackend

Sabiq prezidentin arvadına siyasi sığınacaq verildi

Çirkli pulların yuyulmasında ittiham olunaraq 15 il həbs cəzasına məhkum edilmiş Perunun keçmiş prezidenti Ollanta Humalanın həyat yoldaşı Nadine Heredia övladları ilə birlikdə Braziliyadan diplomatik sığınacaq istəyib.

KONKRET.az xəbər verir ki, onun sığınacaq tələbi Braziliya rəsmiləri tərəfindən qəbul edilib.

Amma Braziliya Hərbi Hava Qüvvələrinə (FAB) məxsus təyyarə ilə paytaxt Limadan ölkəyə gətirilən Heredianın hansı şəhərdə yaşayacağı açıqlanmayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*