Saç dərisində ekzema qaşıntı, qızartı və qabıqlanma ilə özünü göstərən dəri xəstəliyidir.
KONKRET.az pravda.-az-a istinadən bildirir ki, bu vəziyyət, dərinin normaldan daha sürətli hüceyrə istehsalı nəticəsində meydana gəlir və adətən genetik meyillilik, allergik reaksiyalar, stress və ya dərinin quruluğu ilə əlaqələndirilir.
Əlamətlər:
Ən çox rast gəlinən simptomlar saç dərisində intensiv qaşıntı, qızartı, qabıqlanma və bəzən şişlikdir.
Səbəblər:
Ailə üzvlərində ekzemanın olması
Saç məhsullarına qarşı allergiya
Stress və psixoloji gərginlik
Saç dərisinin quruluğu
Göbələk infeksiyaları
Müalicə üsulları:
Ekzemanın dərəcəsindən asılı olaraq, topikal kortikosteroid kremlər, nəmləndiricilər, antihistaminiklər və UV terapiyası tətbiq edilə bilər. Həmçinin saç məhsullarının seçimində diqqətli olmaq, alkoqol və ətir tərkibli vasitələrdən uzaq durmaq tövsiyə olunur.
Əgər simptomlar 4–6 həftə davam edərsə, üz və boyun bölgəsinə yayılarsa və ya yuxu pozuntusuna səbəb olarsa, dermatoloqa müraciət edilməlidir.