“Şagird-məzun” sistemi üzrə təqvim planı təsdiqləndibackend

"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqləndi

2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunub ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*