Məktəblilərin forması eyni cür olmalıdır. Bizim dövrümüzdə də var idi. Dövlətimiz və təhsil nazirimizin təsis etdiyi formaların tərəfdarıyam. Hamı eyni cür olmalıdır.
KONKRET.az xəbər verir ki, bu sözləri axaraz-a açıqlamasında xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova deyib.
“Bu halda valideynlər də seçim arasında qalmır. Ucuza, bahalıya baxılmır, diqqət yayınmır. Bu qərarı alqışlayıram”, – o bildirib.
