Şagirdlərin intiharı ilə bağlı cinayət işi başlandı – RƏSMİbackend

Şagirdlərin intiharı ilə bağlı cinayət işi başlandı - RƏSMİ

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*