Sahibinin “qorxma, heç nə etməz” dediyi it azərbaycanlını dişlədibackend

Sahibinin “qorxma, heç nə etməz” dediyi it azərbaycanlını dişlədi

Türkiyənin Samsun şəhərində yaşayan it Azərbaycan vətəndaşı Arif Sehrini burnundan dişləyib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də qeydə alınıb.

Belə ki, kompüter mühəndisi olan Arif, xanımı Fardina ilə evdən çıxıb maşına əyləşən zaman onların qarşısına “pitbull” cinsindən olan it çıxıb.

Arvadının itdən qorxduğunu görən Arif, özünü qabağa verib. Bu zaman “pitbull”un sahibi “qorxmayın, heç nə etməz” deyib. Lakin buna baxmayaraq it Arifə hücum edib və onu burnundan dişləyərək bir neçə parça qoparıb.

Azərbaycanlı bədbəxt hadisədən sorna bir neçə estetik əməliyyat keçirib. O, “Sabah”a açıqlamasında görmə qabiliyyətinin  zəiflədiyini də bildirib.

Arif itin sahibindən şikayətçi olsa da, bununla bağlı hələ də tədbir görülmədiyini bildirib. Onun sözlərinə görə, itin ağzının açıq şəkildə gəzdirilməsinə görə, sahibi məsuliyyətə cəlb edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*