Şairin sehrli üzükləri: Puşkini inandıran əlamətlər sizi də şoka salacaqbackend

Şairin sehrli üzükləri: Puşkini inandıran əlamətlər sizi də şoka salacaq

Aleksandr Sergeyeviç inanırdı ki, onun üzükləri sehrli gücə malikdir.

Ən məşhuru oyma əqiqli iri qızıl üzük idi. Onu 1824-cü ildə, şair Odessanı tərk edərkən qrafinya Yelizaveta Voronsova Puşkinə hədiyyə etmişdi. Qrafinyada isə cütlüyün ikinci üzüyü qalmışdı. Onlar üzükləri məktublar üçün möhür kimi işlədirdilər.

Puşkin bu üzüyü poetik talismanı sayır və demək olar ki, əlindən çıxarmırdı. “Məni qoru, talismanım…” misrası məhz ona həsr olunub.

Ölüm yatağında Puşkin üzüyü barmağından çıxarıb ona işarə etdi: “Jukovskiyə”. Vasili Jukovski dostunun cansız əlindən üzüyü götürdü və ömrü boyu saxladı.

Digər talisman tünd yaşıl zümrüdlü qızıl üzük idi. Puşkin zümrüdün ilham gətirdiyinə inanırdı. Bu üzük Tropininin 1827-ci ildə çəkdiyi portretdə görünür. Ölməkdə olan şair onu çıxarıb Vladimir Dala verdi və dedi: “Götür, dostum, mən daha yazmayacağam”. Bu gün üzük Moyka sahilindəki Puşkin Muzey-mənzilində saxlanılır.

Firuzəli üzük isə dostu Pavel Naşokinin hədiyyəsi idi. Naşokin firuzənin zorakı ölümdən qoruyan tilsim olduğuna inanırdı. Duel qabağı Puşkin üzüyü sekundantı Danzasa verdi: “Bu, zorakı ölümdən qoruyan talismandır”.

Lakin talisman işləmədi. Puşkin duel zamanı onu üzərində gəzdirmirdi. Danzas isə sonradan üzüyü qar yığınına salıb itirdi və o, həmişəlik yoxa çıxdı.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*