Sakit okeanda baş verən güclü zəlzələ Vanuatu sahillərində sunami təhlükəsi ilə bağlı xəbərdarlığa səbəb olub.
KONKRET.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ oktyabrın 24-də Vanuatu yaxınlığında qeydə alınıb. İlkin olaraq 7,2 maqnitudalı qiymətləndirilən yeraltı təkanların gücü sonradan 6,9 olaraq dəqiqləşdirilib.
Zəlzələnin episentri Sola şəhərindən təxminən 200 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi episentrdən 300 kilometrədək məsafədə yerləşən sahil əraziləri üçün təhlükəli dalğaların yarana biləcəyi barədə xəbərdarlıq yayıb.
Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə məlumat verilməyib.
