ABŞ Hindistan şirkətləri ilə mülki nüvə tərəfdaşlığı qarşısındakı maneələri aradan qaldırmaq üçün addımları tamamlayır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Nyu-Dehlidə çıxışı zamanı bildirib: “Birləşmiş Ştatlar Hindistanın aparıcı nüvə kommunal müəssisələri ilə Amerika şirkətləri arasında mülki nüvə enerjisi əməkdaşlığına əngəl törədən, uzun müddətdir mövcud olan qaydaları aradan qaldırmaq üçün lazımi addımları atır”, – deyə Sallivan bildirib. Daha sonra Sallivan Hindistan şirkətlərinin mülki nüvə enerjisi sahəsində əməkdaşlığı birgə inkişaf etdirmək üçün ABŞ ilə sıx əməkdaşlığa başlayacaqlarını vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az