Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nicat Şahbala oğlu Nəcəfovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri – 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M.Mikayılov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
