Şamaxıda qanunsuz odlu silah götürüldübackend

Şamaxıda qanunsuz odlu silah götürüldü

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.a-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*