Şamaxıda satıcı sahibkarın 9 min manatını mənimsəyib – RƏSMİbackend

Şamaxıda satıcı sahibkarın 9 min manatını mənimsəyib - RƏSMİ

Şamaxı şəhər sakininə qarşı dələduzluq edilib.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxıda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənilməsini göstərib.

Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparııb.

İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*