Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”da çalışan 6500-dən çox işçi daha yaxşı maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb.
KONKRET.az xəbər verir ki, işçilərinin tələbləri arasında illik məzuniyyətlərin bir gün artırılması məsələsi də var.
Eyni zamanda, onlar tələbləri yerinə yetirilməzsə, yenidən tətil edəcəklərini bildiriblər.
Şirkət rəhbərliyinin yanvar ayından etibarən danışıqlar apardığı, çalışanların isə 5,1 faizlik maaş artımını rədd etdiyi də bildirilib.