Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıbbackend

Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az APA-ya istinadən bildirir ki, “VAZ 2107 ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*