Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin 100%-nin dövlətə təhvil verilməsini və özgəninkiləşdirilmə prosesinin 2027-ci il oktyabrın 1-dək başa çatdırılmasını təklif edir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.
Müraciətə baxılması sentyabrın 24-dək davam edəcək.
Layıhəyə əsasən, səhmlərin alıcısı kimi Ermənistan dövləti çıxış edəcək, özgəninkiləşdirmə prosesini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi əlaqələndirəcək.
Prosesə 2027-ci il iyulun 1-dək başlamaq planlaşdırılır.
Sənəddə özgəninkiləşdirmənin məqsədi kimi dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı, eləcə də sosial və strateji obyektlərin normal fəaliyyət göstərməsi göstərilib.
Bununla yanaşı, Ermənistan qanunvericiliyinə uyğun olaraq mülkiyyətçilərə əvvəlcədən və ekvivalent kompensasiya ödəniləcək.\\Musavat.com
