“Sanki 1990-cı illəri yenidən yaşayırıq” – Rusiyanın “kitayski” avtomobil bazarının problemləribackend

“Sanki 1990-cı illəri yenidən yaşayırıq” – Rusiyanın “kitayski” avtomobil bazarının problemləri

Çinin avtomobil istehsalçıları rəqiblərin ölkəni tərk etməsindən sonra Rusiya bazarını demək olar ki, tamamilə ələ keçirib. Lakin nəqliyyat üzrə ekspertlər bildirirlər ki, Çin şirkətləri də mahiyyətcə eyni səhvə yol verirlər.

KONKRET.az xəbər verir ki, blogger və avtoekspert, işlənmiş avtomobillərin alınması üzrə mütəxəssis Yelena Lisovskaya RBC-yə müsahibəsində bu barədə danışıb.

O vurğulayıb ki, əgər 15 il əvvəl Rusiyada ucuz, servisi çətin olan avtomobillərin satışı aşağı idisə, indi vəziyyət dəyişib. Belə ki, servis xidməti mümkün olmayan yeni modellər bazara tələsik daxil olub. Bu isə belə maşınları alan avtomobil sahiblərini çətin vəziyyətə salıb. Çünki zədələnən maşınlar təmir edilmir. Belə avtomobillərin hissələrini tapmaq üçün aylar sərf edilir. Sığorta da bu məsələdə aciz olur. Hətta dilerlər də ehtiyat hissələrini tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Çin avtomobillərinin demək olar ki, bir qisminin xidmət dəstəyi yoxdur. Belə maşınlara sığorta şirkətləri də zəmanət vermir. Bəzi modellər, ümumiyyətlə, Rusiya iqlimi üçün yararsızdır.

Eyni zamanda daxili bazarda bəzən anlaşılmaz hadisələr baş verir. Rusiyada yaxşı nəticə göstərən bəzi modellər Çində aztəminatlı insanlar üçün nəzərdə tutulub. Eyni zamanda, rus alıcılarına tanış olmayan avtomobillərin satışında problemlər yaranıb. Baxmayaraq ki, Çində belə maşınlar daha yüksək qiymətləndirilir.

“Təmir zamanı dilerlər tərəfindən yaxşı xidmət göstərilmir, eləcə də nasaz avtomobillər dəyişdirilmir. Sanki biz 1990-cı illəri yenidən yaşayırıq”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*