Abşeronda qəbristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyev ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.