Şəbnəm atasını evləndirdibackend

Şəbnəm atasını evləndirdi

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib. 

KONKRET.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində deyib. O bildirib ki, atasını özü evləndirib:

“Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib. Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır”.

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. /axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*