Səfirin qızını oğurladılar – Qəddar işgəncə verib buraxdılarbackend

Səfirin qızını oğurladılar - Qəddar işgəncə verib buraxdılar

Əfqanıstanda “Taliban”ın ölkə ərazilərinin böyük hissəsinə nəzarəti ələ keçirdiyi bir vaxtda ölkənin qonşu Pakistandakı səfirinin qızı Nəcibulla Əlihila İslamabadda oğurlanıb.

KONKRET.az xəbər verir ki, ona işgəncə veriblər və daha sonra buraxıblar. Bu haqda Əfqanıstan XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Nazirlik bildirir ki, qızı evə gedərkən yolda oğurlayıblar, onu amansız işgəncələrə məruz qoyublar. Hazırda Nəcibulla həkim nəzarətindədir. Əfqanıstan XİN qızı oğurlayıb işgəncə verənlərin tapılmasına və cəzalandırılmasına çağırıb. Habelə səfirliyin mühafizəsi üçün beynəlxalq normalara uyğun olaraq tədbirlər görməyi tələb edib./Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*