Şəhid ailəsinin evini qarət edənlər saxlanıldı – FOTOLARbackend

Şəhid ailəsinin evini qarət edənlər saxlanıldı - FOTOLAR

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*