Şəhid anası kişini döyüb? DİN-dən reaksiyabackend

Şəhid anası kişini döyüb? DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır:

“Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”.

Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*